CəmiyyətManşet

Diversantlardan biri müharibədə məşhurlaşmış şəxsin əmisi oğlu imiş – FOTO

Bir müddət əvvəl Ermənistan tərəfinin təqdim etdiyi minalı ərazilərin xəritəsinin müqabilində geri verilən 15 diversantdan biri ilə bağlı maraqlı məlumat ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, geri verilənlərdən biri Erik Qasparyan 44 günlük müharibədə “ermənilərin siması” sayılan Albert Ovannisyanın əmisi oğludur.

Qeyd edək ki, Albert Ovannisyanın müharibə dövründə top atışı zamanı fotosu çəkilmişdi. Həmin fotoşəkil sonradan Ermənistanın bütün küçələrini bəzəmyə başlamışdı. Hətta onu “Ermənistanın müharibədəki siması” olaraq təqdim edirdilər.

Bildirək ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlar zamanı Albert öldürülüb. Ermənistan rəhbərliyi isə ona “Şücaətə görə” ordeni verib. Erik Qasparyan da həmin Ovinnisyanın əmisi oğludur.

Qasparyanın atası deyib ki, Erik əsir düşəndən sonra uzun müddət səslərini çıxarmayıblar. “Biz uzun müddət onu axtardıq. Onun səir düşdüyünü bildikdən sonra susmağa üstünlük verdik. Çünki Erikin Albertin qohumu olduğunu bilinməsini istəmirdik. Bu onun təhlükəsizliyi üçün idi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button