ManşetÖlkə içi

Deputat “Semaşko” ilə də “anlaşdı”: Qohumunu işlədiyi xəstəxanaya 736 minlik avadanlıq satıb

Dərman və tibbi avadanlıqlar üzrə monopolist sayılan deputat Kəmaləddin Qafarovun daha bir xəstəxana ilə anlaşma əldə edərək, yüksək məbləğli tenderin qalibi olub. JAMAZ.İNFO xəbər verir ki, söhbət “Semaşko” kimi tanınan “Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxslə anlaşmadan gedir.

Rəsmi qaynaqlarda qeyd edilir ki, deputatın təsis etdiyi və hazırda yaxın qohumunun işlətdiyi “Azəri med” QSC iyulun 19-da “Semaşko”nun elan etdiyi tenderin qalibi olub. Həmin şərtlərə əsasən “Azəri Med” “Kliniki Tibbi Mərkəz”ə 736 min 292 manatlıq Laboratoriya üçün tələb olunan reaktivlərin və sərfəli materialların satın alınması xidmətini göstərəcək.

Qeyd edək ki, “Kliniki Tibbi Mərkəz”in rəhbəri Ələkbərov Könül Fidayıl oğlu olsa da, xəstəxananın idarəçiliyi hələ də Kəmaləddin Qafarovun qohumu İlham Qafarovun əlindədir. 2020-2021-ci illərdə Kliniki Tibbi Mərkəzin direktoru olan sözügedən şəxs işdə yol verdiyi nöqsana görə çıxarılsa da, oradakı mövqeyini deputat qohumunun sayəsində saxlaya bilib. Belə ki, İlham Qafarov hazırda Kliniki Tibbi Mərkəzin Mamalıq-ginekologiya üzrə direktor müavinidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button