ManşetSiyasət

“Deputat” Metaxe Akopyan: “Ermənistan artıq Qarabağı dövlət kimi qəbul etmir”

Qarabağdakı separatçıların qondarma “parlamenti” əl-ayağa düşüb. Buna səbəb Ermənistan parlamentində həm Qarabağla bağlı komissiyanın, həm də “Ermənistan-Artsax” adlı qondarma “birgə parlamentlərarası komissiya”nın yaradımamasıdır.  

JAMAZ.İNFO xəbər verir ki, dünən bununla bağlı bir qrup erməni İrəvana gəlib. Onlardan biri də Xankəndidəki qondarma “parlament”in “deputat”ı Metaxe Akopyandır. O deyib ki, Ermənistanda 3 aydır parlament formalaşdırılıb. “Lakin Qarabağla bağlı nə bir komissiya yaradılıb, nə də\ birgə əməkdaşlıq komitəsi qurulub”.

Akopyan deyib ki, İrəvanda keçirdikləri görüşlərdə onlara deyiblər ki, bu məsələ ilə bağlı addımlar atılacaq. Amma nə zaman atılacağı barədə xəbər verməyiblər. “Ermənistandakı mövcud hökumətlə bir sıra razılaşmalar yerinə yetirilməyib. Həmin razılaşmaların yerinə yetiriləcəyini də deyə bilmərəm. Məsələ belədir ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsinbə və onun problemlərinə ciddi yanaşmır. Birgə komissiyanın yaradılmaması da bunun əyani sübutlarından biridir”.

Qarabağdakı erməni separatçısı onu da deyib ki, İrəvan Xankəndi məsələsinə dıranqarası baxır. “İrəvanda keçirdiyim görüşlərdən sonra gəldiyim qənaət budur ki, Ermənistan hakimiyyəti Qarabağdakı dövlət qurumlarına dövlət kimi yanaşmır və onu dövlət olaraq qəbul etmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button