GündəmManşet

David Babayandan etiraf: “Qarabağda bir-birini öldürməyə hazır olan qüvvələr var”

“Əgər Laçın dəhlizi şərtsiz açılarsa, Qarabağda bəzi qüvvələr bunu özlərinin qələbəsi kimi təqdim edəcəklər. Lakin mən belə olmasını istəmirəm. Biz çox diqqətli olmalıyıq, bu məsələyə çox ağıllı yanaşmalıyıq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəlılifi Qarabağdakı erməni separatçılarının nümayəndəsi, Arayik Harutyunyanın “müşaviri” David Babayana məxsusdur.

O, “biz qələbə qazandıq” deyənlər arasında Ruben Vardanyanın olub, olmadığını söyləməkdən çəkinib. Babayan deyib ki, o, kimsənin adını çəkmək istəmir.

Arayikin “müşaviri” Qarabağda hazırda ayrı-ayrı qrupların olduğunu etiraf edib. O həmçinin Qarabağda bu qrupların bir biril ilə düşmənçilik etdiyini, hətta bir birilərini öldürməyə hazır olan qüvvələrin olduğunu da təsdiq edib. “Bu gün Qarabağda plüralizmi düşmənçiliyə çevrənlər, bir-birini öldürmək istəyən qruplar var. Bunun üzərində işləyən qüvvələr var”.

O konkret ad çəkməsə də, bvəzi vurğular edib. “Elə qüvvələr var ki, bəzi şəxsləri, daxildən gələn qüvvələri koordinasiya etməyə çalışırlar ki, anti-dövlət planı ilə işləyirlər və belə şəxslər çox təəssüf ki, mövcuddur. Onların arasında başqa yerlərdən, xüsusən də qeyri-erməni dairələrindən yönləndirilənlər var. Mən ad vermək istəmirəm. Zamanı gəlsə, böhranın belə olduğunu görsək, adlarını çəkəcəyik. Hələlik biz özümüzü spekulyasiyaya məruz qoymamalıyıq. Qarabağ kiçik bir yerdir, hamımız bilirik ki, kim kimdir, kim kimin qabından yeyir, nə yeyir və s”.

Babayan Qarabağda Türkiyə və Azərbaycanın maraqlarına xidmət edənlərin olduğunu da qeyd edib. “Fəaliyyəti ilə buna töhfə verən insanlar var. Sayları azdır – iki-üç nəfər. Elə adamlar var ki, bu və ya digər fonddan, bu və ya digər mənbədən pul alır. Birbaşa və ya dolayı yolla, nə dövlət, nə də milli maraqlara xidmət edən insanlar var. Belə maraqlar var, niyə olmasın? Onlar azdır, amma mövcuddurlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button