ManşetÖlkə içi

David Babayan: “Qarabağdakı ermənilərlə dialoqa KTMT-də qoşulmalıdır”

Bir neçə müddətdir Azərbaycanda Qarabağda yaşayan ermənilərin statusu, onlarla aparılacaq danışıqlarla bağlı geniş müzakirələr gedir. Analoji hal Ermənistanda da hakimdir. Rəsmi Bakının mövqeyi qətidir və bəyan edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlarla dialoq aparılır. Lakin bu danışıqlar Moskvanın göndərdiyi Vardanyan və digər separatçılarla aparılmayacaq.  

JAMAZ.İNFO xəbər verir ki, bu müzakirələr fonunda Qarabağdakı separatçılar da özlərinin yuyulmamış çömçə kimi ortalığa atıblar. Belə ki, onlar danışıqlarda “tərəf” olmaq istədiklərini dilə gətirirlər. Həmin fikirdə olanlardan biri də Qarabağda özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayandır.

Ötən gün “Hraparak” qəzetinə açıqlama verən Babayan deyib ki, onlar danışıqlardan boyun qaçırmırlar. Onun sözlərinə görə, bunun üçün danışıqlar formatı müəyyən edilməli və bərpa olunmalıdır. “Azərbaycan tərəfi bu gün bu formatdan kifayət qədər məharətlə istifadə edir. Problem kimin danışıqlar aparacağı deyil. Sonda tərəflərin hər biri öz müzakirəçisini təqdim edəcək. Problem danışıqların hansı formatda getməsi və nədən ibarət olmasıdır. Önəmli məsələ odur ki, Azərbaycan bu danışıqlara Azərbaycandaxili dialoq kimi baxır”.

O qeyd edib ki, Azərbaycan tərəfi Qarabağdakı ermənilərə 1988-ci ildə üsyan edən, Azərbaycandan ayrılan, indi isə bağışlanıb Azərbaycana daxil olmaq üçün yalvaran aborigenlər hesab edir. “Ona görə deyirik ki, belə danışıqlar ola bilməz. Bundan əlavə, beynəlxalq səviyyədə qəbul edilmiş danışıqlar formatı mövcuddur ki, burada Qarabağın subyektivliyi həm danışıqlar aparan tərəf kimi, həm də münaqişə tərəfi kimi qeyd olunur. Bunlar 1994-1995-ci illərdə Budapeşt sammitində qəbul edilmiş qərarlardır. İndi biz “yemi udub” “bəli” desək, o zaman onların formatına hazırıq. Nəticədə, Qarabağın beynəlxalq səviyyədə müəyyən edilmiş subyektivlik faktından imtina etmiş oluruq. Ona görə də, bəli, biz danışıqlar prosesinə hazırıq, lakin beynəlxalq səviyyədə qəbul olunmuş formatda”.

Babayan bu formatın necə ola biləcəyi barədə də fikrini bölüşüb. O deyib ki, yeni formatda Fransa, Rusiya, Ermənistan (məcburu qaydada), KTMT və digər təşkilat və dövlətlər olmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button