ManşetÖlkə içi

David Babayan: “Məmmədyarovdan başqa, kimi istəyirlər yerimə təyin etsinlər”

Qarabağda özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzetinə müsahibə verib. JAMAZ.İNFO xəbər verir ki, Babayan açıqlamasında deyib ki, formatından asılı olmayaraq hər bir danışıqlar zərurətdir.

Onun sözlərinə görə, müharibəyə getməkdənsə, danışıqlar aparmaq daha yaxşıdır. “Minsk qrupu formatı bizim üçün çox vacibdir. Bu, Qarabağın subyektivliyinin təsbit edildiyi yeganə beynəlxalq səviyyədə tanınmış formatdır. Bu, təbii ki, Azərbaycanın boğazında ilişib qalıb, ondan qurtulmaq istəyir. Azərbaycan bu formatın qalmaması üçün hər şeyi edəcək. Biz başa düşürük ki, indi Qərblə Rusiya arasında münasibətlər həddindən artıq gərgindir. Lakin bu, həmişə belə olacaq demək deyil. Ona görə də, biz Minsk prosesini qoruyub saxlamalıyıq. Çünki onun fəaliyyəti yalnız dondurulub, dayandırılmayıb. Onu da qeyd etməliyik ki, Minsk Qrupunun həmsədr ölkələri bizimlə ayrıca işləyirlər”.

Separatçıların nümayəndəsi bildirib ki, sülh razılaşmasını hamı istəyir. O, hətta bunu vacib hesab edib. “Azərbaycan həmin sülh sazişini Qqarabağın onların bir hissəsi kimi tanınması üçün bəhanə kimi istəyir. Bu, bizim üçün qəbuledilməzdir. İnanıram ki, mükəmməl sülh deyilən bir şey yoxdur. Sülh tarazlıqdır. Biz yalnız xoş niyyətə arxalana bilmərik. Çünki bəşəriyyət hələ bu səviyyəyə çatmayıb. Xüsusən də Azərbaycan və Türkiyə. Əgər sülh istəyiriksə, ilk növbədə sabitlik olmalıdır”.

Babayan Qarabağın Rusiyaya birləşdirilməsi məsələsinə də münasibət bildirib. O deyib ki, bu düşüncədə olanlar savadsız və axmaqdır. “Adi xəritəni də bilmirlər. Biz harada yerləşirik? Qonşumuz olan ölkələr hansılardır? Türkiyə və Azərbaycan haradadır? İnsanlar Rusiyaya düşmən kimi yanaşırlar. Rusiyasız Ermənistan yoxdur. Rusiya sülhməramlıları olmasa, Qarabağ da olmayacaq. Rusiyanı ittiham edən insanların, əslində, onların son məqsədi Qarabağı dağıtmaqdır. Rusiya bizim üçün qardaşdır. Amma biz bütün ölkələrlə yaxşı münasibətlərimizi saxlamalıyıq. ABŞ-da 2 milyon ermənimiz var, onlar həmişə Ermənistan və Qarabağın yanında olublar. ABŞ ilə niyə pis olmalıyıq? Ağıllı olmalıyıq, bütün problemlərimiz müdrikliyin olmamasındadır”.

O yekunda Qarabağda baş verən son dəyişikliklərə də toxunub. Babayan deyib ki, heç vaxt kreslo uğrunda mübarizə aparmayıb. “Kreslo uğrunda mübarizə aparmaq mənə görə deyil. Qarabağdan olan siyasətçi və diplomat Davit Babayan kimi bunu əxlaqsızlıq hesab edirəm. Mən bir növ xalqıma xidmət etmək istəyirdim. Mənim yerimə kimin təyin olunmasının mənim üçün o qədər də böyük təsiri yoxdur. Bircə Elmar Məmmədyarovu nazir təyin etməsinlər, qalanı düzələndir”.

Qeyd edək ki, David Babayan özünü “diplomat” adalandırsa da, diplomatiyadan anlayışı olan biri deyil. Onun indiyə qədər verdiyi açıqlamalardan da bunu aydın şəkildə görmək mümkündür. Sadəcə, o, Arayikin işinə yaradığından Xankəndidə saxlanılırdı. İndi isə istifadə müddəti bitdiyindən, başqa yerə göndərilir.

Lakin bu açıqlamada diqqət çəkən bir məqam var. O da “mənim yerimə Məmmədyarovu təyin etməsinlər, qalanı düzələr” ifadəsidir. Babayan bununla nə demək istəyib, maraqlıdır. Bu, həm də o demək deyilmi ki, üzdə özünü göstərməsə də, o, özü belə yaxşı bilir ki, Qarabağ məsələsinin perspektivi yoxdur və günün birində Məmmədyarov kimi şəxs Qarabağda səlahiyyət sahibi ola bilər. Ya da Babayan o qədər küt biridir ki, Azərbaycanın XİN başçısının kim olduğunu bilmir. Və ona görə, nazir hələ də Elmar Məmmədyarovdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button