ManşetÖlkə içi

David Babayan erməniləri həyasız olmağa çağırır: “Çox ağır vəziyyətdəyik”  

Qarabağdakı erməni separatçılarının nümayəndəsi, özünü “müşavir” kimi təqdim edən Davit Babayan Ermənistan mediasında məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, o, “yalanşı peyğəmbər”lərdən, Qarabağda “xəyanət”lərlə məşğul olan adamlardan, yüksək səslə qışqıran “demaqoq”lardan şikayət edib.

Babayan yazır ki, həmin adamların məqsədi Qarabağa “xəyanət” etmək, insanları çaşdırmaqdır. Amma separatçı deyir ki, indiki məqamda “mübarizə” aparmaq üçün mütləq həyasız olmaq lazımdır. Bunu “utancaq olmamaq” sözü ilə qeyd edib ki, “həyasız” sözündən istifadə etməsin. Zatən, ermənilərin həyasız olduğunu deməyə gərək yoxdur. Və Babayanın təklif etdiyi “həyasızlıq” kriteriyası isə yeni mərhələdir və indiki səviyyəsindən  qat-qat yüksək hesab olunmalıdır.

Separatçı daha sonra yazır ki, hazırda onlar ən kritik anlarını yaşayırlar. “Biz bir araya gələrək, yalançı peyğəmbərləri, demaqoqları, əclafları ləkələyib zərərsizləşdirməliyik. Ağır təhlükə altındayıq. Hətta burada passivlik də xəyanətə bərabərdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button