ManşetÖlkə içi

Daşnaklardan təklif: “Qarabağa ərzaq və dərmanı dronlarla daşıyaq”

Qarabağda yaşayan ermənilər özlərini “məzlum” göstərmək üçün bütün oyunlardan çıxmaqda davam edirlər. Şuşa-Xankəndi yolunda aksiyanın keçirilməsini əllərində bəhanə edərək, Qarabağın “blokada”da olduğunu iddia edirlər. Halbuki yol açıqdır, davamlı olaraq Xankəndinə Ermənistandan gedən yüklərə də heç bir məhdudiyyət qoyulmayıb.  

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda yaşayan ermənilər, xüsusən də daşnaklar vəziyyətə daha “dramatik” don geyindirmək üçün qəribə təkliflər irəli sürürlər. Daşnaksütun Partiyasının nümayəndəsi, jurnalist Qaqik Vardanyan təklif edib ki, Xankəndinə ərzaq və zəruri dərmanların çatdırılması üçün kiçik dronlardan istifadə edilə bilər. Onun sözlərinə görə, bu işi həyata keçirmək üçün bir neçə drona ehtiyac var. “Sürətli, ən azı bir növ həll yolu əsas qida və dərmanların dronlarla çatdırılması hesab edilə bilər. Bunun üçün iş adamları özlərini dronlar təşkil edə bilərlər. Həmçinin insan haqları təşkilatları da bundan yararlanmalıdır”.

Vardanyan hesab edir ki, Azərbaycan buna imkan verməyəcək. Lakin o, bu hadisələri də qeydə alaraq, onları Avropa İttifaqına təqdim etməklə Bakını çətin duruma sala biləcəklərini qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button