GündəmManşet

Daşnaklar müharibə istəyir: Qarabağı “arzulayırlar”

44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan bununla barışmaq istəmir. Elə bu səbəbdəndir ki, ölkənin içində revanş istəyən, Qarabağı geri almaq üçün hərbi əmliyyatların keçirilməsini tələb edənlərini sayı azalmaq bilmir. Düzdür, Ermənistan əhalisinin çox hissəsi məğlubiyyətlə barışıb, lakin bu heç də onların revanşistlərə qoşulmayacağı anlamına gəlməz.

JAMAZ.İNFO xəbər verir ki, ermənilərin əsas təşkilatlarından olan, erməni terrorunun əsasını qoyan Daşnaksütun Partiyası revanşistlərdən biridir. Belə ki, həmin partiyanın “Könüllülər Hərəkatı”nın rəhbəri Hrant Markaryan bəyan edib ki, onlar mübarizəni davam etdirməyə borcludurlar. “Biz mübarizə aparmağa və qələbə qazanmağa borcluyuq. Biz Şşuşanı, Hadrutu və bütün Qarabağı azad etməyə borcluyuq”.

Markaryan bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti əvvəlcədən məğlub olacağını hesablayaraq, müharibəyə başlayıb. “Hakimiyyət Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sıradan çıxarıblar. Ordunu dağıdıblar, ölkəni və xalqı pərişan ediblər. Bizim qələbəmizi və qəhrəmanlarımızı gözdən salıblar. Düşmənə əlverişli imkanlar yaradıblar. Bütün bunlar onu göstərir ki, hakimiyyət əvvəlcədən məğlub olacağını bilə-bilə müharibəyə başlayıb”.

Daşnakların nümayəndəsi qeyd edib ki, Ermənistan hakimiyyəti güzəşt siyasəti həyata keçirir. “Paşinyan hökuməti düşmənin qarşısında əyilərək, güzəşt siyasəti həyata keçirir. Daxildə ona qarşı çıxanları cəzalandırır. Müxtəlif addımlar ataraq, düşmənlə dost münasibətlərin qurulması təbliğatını aparır”.

Markaryan bir qədər də irəli gedərək, Qarabağın “müstəqilliyini” arzulayıb. Üstəlik, bunun üçün mübarizə aparacaqlarını bəyan edib. “Bizim başqa yolumuz yoxdur. Mütləq bu birabırçı hakimiyyətdən xilas olmalıyılq. Əgər biz “müstəqil” Qarabağ, suveren Ermənistan istəyiriksə, hakimiyyət getməlidir. Bizim əsas hədəfimiz Şuşanı, Hadrutu və bütün Qarabağı azad etməkdir. Biz mübarizə aparmalı və qalib gəlməliyik. Bu məğlubiyyətlə barışmamalıyıq. Mübarizə başa çatmayıb, davam edir”.

 

P.S. Markaryanın yanğısını anlayırıq. Başa düşürük ki, məğlubiyyət, özü də biabırçı şəkildə məğlubiyyət onları yandırır. Daha Qafqazda “qürurlu”, “qalib” Ermənistan yoxdur. Bundan sonra da olmayacaq. Qaldı, daşnakların Qarabağı, Şuşanı, Hadrutu geri alacaqları ilə bağlı xülyaya, onu bundan sonra heç yuxularında da görə bilməyəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button