ManşetÖlkə içi

Daha bir qazi özünü asdı: XTQ gizirinin həyatını xilas etmək mümkün olub

Ölkədə qazi intiharlarının sayı günbəgün artır. Bir neçə gün əvvəl Sabirabad İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq, dünyasını dəyişən Elvin Cəfərovdan sonra daha bir iki xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, həmin xəbərlərdən biri Elvin Fərəclidir.

O, Kəlbəcər İcra Hakimiyyəti və yerli məmurlarının etinasızlığından özünə qəsd edəcəyini bildirib. Elvin Cəfərli müharibədə bir gözünü itirsə də, ona diqqət yetirilmədiyini deyib.

İkinci xəbər isə Xaçmazdan gəlib. JAMAZ.İNFO bildirir ki, journalist Həbib Müntəzirin yaydığı xəbərə görə, intihara cəhd edən şəxs Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayevdir. Onun məlumatına görə, Yusif Əsədullayev bu gün özünü asaraq, intihara cəhd edib. Xoşbəxtlikdən onu xilas etmək mümkün olub.

O, özünə qəsd etməsinin səbəbi kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button