GündəmManşet

Daha bir erməni siyasətçi müharibə çağırışı etdi: “Laçın dəhlizi müharibə yolu ilə açılacaq”

“Laçın yolu müharibə ilə açılacaq. Təəssüf ki, bu, yeganə real variantdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Genesis Armenia” beyin mərkəzinin direktoru Abraham Qasparyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqlər nəticə vermədi. “Bu gün onlar üçün Qarabağın və Zəngəzurun bir qara qəpiklik dəyəri yoxdur. Yalnız qaçılmaz müharibədə bizə əl uzadanlar olacaq. Bu siyasətin qanunauyğunluqlarından biridir. Bu, həm də beynəlxalq və regional maraqları və əməkdaşlığa məhəl qoymayan erməni hakim xuntasından qurtulmağın şərti olacaq”.

Qasparyan iddia edib ki, İrəvan bu ümummilli dağıdıcı hücumlardan xilas olana qədər istər hərbi, istər təhlükəsizlik, istərsə də diplomatik baxımdan qaçılmaz müharibədən mümkün qədər az itki ilə çıxmaq mümkün olmayacaq. “İrəvan isə bu il hərbi xuntadan azad olunacaq”.

Xatırladaq ki, son günlər Ermənistanda belə “beyin mərkəzi” rəhbərlərinin müharibə çağırışları intensivləşib. Dünən “siyasi elmlər doktoru” Laçın dəhlizinin açılması üçün Ermənistanın xüsusi hərbi əməliyyat keçirməsinin vacibliyini deyirdisə, bu gün Qasparyan onun dediklərini təsdiq edən açıqlamalar veriblər. Görünən odur ki, ermənilər heç bir şəkildə həyasızlıqlarından əl çəkmək fikrində deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button