ManşetSiyasət

Co Bayden sammit çağırdı: Azərbaycan dəvət olunmadı

ABŞ prezidenti Co Bayden dekabrın 9-10-da dövlət başçıları, vətəndaş cəmiyyəti liderləri və özəl şirkət rəhbərlərinin iştirakı ilə virtual Summit çağırıb. JAMAZ.İNFO bildirir ki, bu barədə ADRP-nin sədri Qubad İbadoğlu məlumat yayıb.

O bildirib ki, yenicə açıqlanmış dəvətli ölkələr siyahısından məlum olan odur ki, Summitdə Gürcüstanın, Ermənistanın iştirakı nəzərdə tutulsa da, Azərbaycana dəvət gəlməyib. “Bu siyahıda Fillipin və Meksika kimi demokratik proseslərdə geriləyən ölkələr də yer alsa da, Türkiyə və Rusiyaya da dəvət göndərilməyib”.

Qubad İbadoğlu mövcud vəziyyəti belə qiymətləndirib ki, okeanın o tayında Azərbaycana Belarus, Rusiya və Mərkəzi Asiya dövlətləri ilə eyni münasibət mövcuddur. O hesab edir ki, Azərbaycan bununla Co Baydenin “qara siyahı”sına düşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button