ManşetÖlkə içi

Ceyhun Bayramov erməni nazirlə görüşdən imtina etdi

Dünən Azərbaycan və Ermənistan XİN başçılarının Stohkolmda gözlənilən görüşü baş tutmayıb. JAMAZ.İNFO xəbər verir ki, görüşün baş tutmamasına səbəb Azərbaycan tərəfinin etirazı olub.

Belə ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan hər görüşdə davamlı olaraq, Azərbaycan tərəfini ittiham edib, beynəlxalq təşkilatlarda mənfi fikirlər yaratmağa çalışıb. Paralel olaraq, “Qarabağ münaqişəsi bitməyib”, “Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun fəaliyyəti gücləndirilməlidir” kimi sərsəm fikirlər səsləndirib.

Məlumatlara görə, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bir neçə dəfə Mirzoyana xəbərdarlıq edib, belə bir ritorikanın Bakı üçün keçərli olmadığını bildirib. Qeyd edib ki, Qarabağ münaqişəsi başa çatıb və bu istiqamətdə hər hansı bir müzakirəyə ehtiyac yoxdur. Lakin Mirzoyan əməllərini davam etdirib. Dünən də bu səbəbdən Bayramov erməni həmkarı ilə görüşdən imtina edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button