DünyaManşet

“Cermux və Sisyan əhalisi geri dönməkdən imtina edirlər”

“Son hadisələrdən sonra Cermux və Sisyan əhalisinin böyük hissəsi şəhəri tərk edib. Onların geri dönəcəyi gözlənilsə də, tam əksi baş verib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Haykakan Layihəsi” QHT-nin rəhbəri, türkşünas Varujan Geqamyan deyib.

O bildirib ki, Cermux və Sisyan şəhərinin əhalisi son sərhədd toqquşmasından sonra evlərinə qayıtmaq istəmirlər. Onun sözlərinə görə, hər iki şəhərin sakinləri sərhəddən xeyli uzaqlara daşınaraq, özlərini təhlükədən sığortalamağa çalışırlar. “Hazırda Cermux və Sisyan əhalisinin bir qismi İrəvan və ucqar şəhər və rayonlarda özlərinə şərait qurmağa çalışırlar. Bir qismi isə Rusiyaya gedərək, orada yaşamaq qərarı veriblər. Belə davam edərsə, bir müddətdən sonra hər iki şəhər boş qalacaq”.

Qeyd edək ki, son günlər Ermənistanın Sünik vilayətinin əhalisinin də köçünün başladığı barədə xəbərlər yayılıb. Həmin məlumatlara görə, Qərbi Zəngəzurda məskunlaşmış ermənilər evlərini sataraq, ya Avropa, ya Rusiya, ya da Ermənistanın ucqarlarına axın edirlər. Buna səbəb isə sərhəddə erməni təxribatlarının artması, toqquşmaların baş verməsi və baş verənlərdən ermənilərin qorxuya düşməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button