İqtisadiyyatManşet

Cavanşir Feyziyev iş başında: Siqaretlər yenə bahalaşdı

Bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb. Bu barədə “Report”a siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib.

Onların sözlərinə görə, ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var. “Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub”, – pərakəndə siqaret satıcıları bildiriblər.
Birinci ən böyük inhisarçı isə deputat Cavanşir Feyziyevdir. Onun 20 ilə yaxındır siqaretlərin topdansatışı ilə məşğul olduğu kimsəyə sirr deyil. Hələ bir müddət əvvəl bu barədə yazmışdıq ki, deputat siqaret biznesini qardaşı oğluna həvalə edib. Hazırda isə daxili bazara siqaretin topdansatışını həyata keçirən birinci şəxs hesab olunur. Siqaretin bu qədər bahalaşmasının iqtisadi əsasının olduğu inandırıcı deyil. Çünki faktiki olaraq dünyada tütün və tütün məhsullarının qiymətlərində hər hansı kəskin artım müşahidə olunmur. Baş verənlərdən görünən odur ki, Cavanşir Feyziyev daxili tələbatı nəzərə alaraq, daha çox pul qazanmaq üçün bahalaşma yoluna əl atıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button