GündəmManşet

“Burada qalmaq əhəmiyyətsizdir” – Xəznəvardakı ermənilər köçməyə hazırlaşırlar

Ermənistanın Sünik vilayətinin Azərbaycanla sərhəddində yerləşən Xəznəvar kəndində yaşayan ermənilər oranı tərk etməyə hazırlaşırlar.
JAMAZ.İNFO xəbər verir ki, bunu sözügedən kəndin keçmiş başçısı Varo Qriqoryan “Pastinfo”ya müsahibəsində deyib.
O bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusu Xəznəvarın bir neçə yüzmetrliyində qərarlaşıb:
“Kənd camaatı narahatdır. Azərbaycan Ordusu kəndin düz girəcəyində qərarlaşıb. Dolanışıq məsələsi isə iflic olub”.
Həmçinin deyib ki, kənddə yaşayan ermənilər əvvəllər heyvandarlıqla məşğul olurdular. Müharibdən sonra isə otlaq və biçənək sahələri tamamilə əllərindən çıxıb:
“Müharibədən əvvəl kənddə təkcə 1000 baş iribuynuzlu heyvan var idi. Laçın ərazisində geniş otlaq sahələrinin olması heyvandarlığı inkişaf etdirməyə imkan verirdi. İndi həmin imkanlar əldən çıxıb. Hazırda kənddə cəmi 300 baş mal-qara var ki, onunla da dolanışığı təmin etmək mümkün deyil”.
Qriqoryan onu da qeyd edib ki, Xəznəvar erməniləri düşdükləri durumdan çıxış yolu tapa bilmirlər:
“İndi camaat deyir ki, nə edim, necə edim. Hamısı getmək üçün imkan axtarırlar. Belə davam eləsə, kənddə heç kim qalmayacaq”.
Ermənilər Avropadan gəlmiş müşahidə missiyasına böyük ümid bəsləyirmişlər. Lakin avropalılar onların ümidlərini boşa çıxarıb.
Xəznəvarın icra nümayəndəsi Vahan Zakayan bildirib ki, müşahidə missiyası ilə görüşə cəhd etsələr də, baş tutmayıb:
“Onlar hərbçilərə və bəzi kənd sakinlərinə deyiblər ki, vəzifələri, müşahidə etməkdir. Başqa heç nə edə bilməyəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button