ManşetSosial

BNA-nın yeni qazanc yeri: Şəxsi maşınıyla yük daşıyan sahibkarlar cərimələnir

Bakı Nəqliyyat Agentliyi (BNA) öz yarıtmaz fəaliyyətini təştiş edib, problemləri aradan qaldırmaq yerinə, özünə yeni qazanc mənbələri yaratmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, yol kənarında dayanan avtomobilləri oğrun-oğrun çəkərək, cərimə yazan sözügedən qurumun yeni gəlir yeri isə şəxsi maşınlarla yük daşımadır.
Belə ki, Bakı şəhərində ticarətlə məşğul olan şəxslər özlərinə məxsus avtomobillər yük daşıma həyata keçirmək istəsələr, bunun üçün BNA-dan icazə almalıdırlar. Məsələni bir qədər də xırdalayaq. BNA-nın əməkdaşları yük maşınlarını saxlayaraq (üstü bağlı, “Ford Transit”, “FİAT” və bu qəbildən olan avtomobillər), onları yoxlayırlar. Əgər maşında yük varsa, BNA əməkdaşları həmin şəxsi cərimələyir və xəbərdarlıq edirlər ki, agentlikdən icazə sənədi almalıdırlar.
Artıq Bakıda onlarla sahibkar eyni vəziyyətlə üzləşdiklərini deyirlər. Onlar bildirirlər ki, son bir neçə gündə BNA əməkdaşları onlara şəxsi avtomobilləri ilə yük daşımalarına imkan vermirlər. Mmütəmadi olaraq saxlanılan və bu səbəbdən də ticarətlərinə zərər gələn sahibkarların dediyinə görə, agentliyin əməkdaşlarının hərəkətlərinin qanuni və qanunsuz olduğunu müəyyən edə bilmirlər.
Qeyd edək ki, əgər şəxs öz sahibkarlıq subyekti üçün yük daşıyırsa, bunu öz şəxsi avtomobili ilə həyata keçirirsə, onun fərqlənmə nişanı və ya yükdaşıma üçün icazə almasına gərək yoxdur. Bu o şəxslərə şamil edilir ki, həmin şəxslər Bakı və kəndlərinə yükdaşıma ilə məşğul olur. Yəni, onun fəaliyyəti təkcə özünü deyil, digər şəxslərin sifarişinin həyata keçirilməsini əhatə edir. Belə olan təqdirdə, BNA-nın sahibkarları saxlayaraq, onlardan fərqlənmə nişanı almalarını tələb etməsi, absurddur və qanunsuzdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button