ManşetSosial

“Bizdə dərman Türkiyədən 20 qəpik ucuzdur” deyən deputata etiraz

Deputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur.

Jamaz.info xəbər verir ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu fikirlə razılaşmayıb və deputata cavab verib.

“Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?”.

Deputat Kamaləddin Qafarov isə bildirib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik ucuzdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button