ManşetSiyasət

Bir həftə sonra Moskvada nələr danışılacaq?

Dünən Moskvada keçirilən üçtərəfli görüşdə bəzi qərarlar qəbul edilib. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə müəyyən razılaşmalar olub.

Həmin razılaşmalardan biri də Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiyaların açılmasıdır. Bu barədə əvvəlcə Putin danışsa da, razılaşmanın detalları ilə bağlı Rusiya baş nazirinin birinci müavini Aleksey Overçuk açıqlama verib. O bildirib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin birinci müavinləri ilə bir həftə sonra görüşəcəklər. “Həmin görüşdə texniki detalları müzakirə edəcəyik. Həmin detallar isə çox vacib detallardır”.

Onun sözlərinə görə, burada söhbət Azərbaycanla Ermənistan arasında sərhədin keçmə prosedurundan gedir. “Sərhəd nəzarəti və sərhəddə gömrük nəzarəti necə həyata keçiriləcək məsələsi müzakirə olunacaq”.

Ermənistan mediası yazır ki, Nikol Paşinyan öz ölkəsinin ərazisindən keçəcək avtomobil və dəmir yollarının təhlüksəziliyinə tam zəmanət verəcəklərini deyib. Eyni zamanda, nəqliyyat yollarının keçəcəyi ərazinin də rus sərhədçiləri tərəfindən qorunacağı barədə təminat da alındığı vurğulanıb. Rusiya tərəfinin də buna razılıq verdiyi qeyd edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button