ManşetSosial

Bir əsrdir su üzünə həsrət qalmış Tircanlılar: Əhali nə edəcəyini bilmir

İsmayıllı rayonunun Tircan kəndi qədim tarixə malik kəndlərdən biridir. Tircan kəndinin XVII əsrdə salınması rəsmən bildirilsə də, kəndin tarixi e.ə. I əsrə gedib çıxır.

Gözəl təbiəti olan Tircan kəndində müalicəvi əhəmiyyəti olan sular var. İsmayıllı rayonun mərkəzindən 23 km cənub- şərqdə, Şamaxı-İsmayıllı avtomobil yolu kənarında, dağ ətəyində (mərkəzin hündürlüyü 893 m) hündürlükdə yerləşən bu qədim və füsunkar kənd turistlər üçün də cəlbedici zonadır.

Amma bütün bunlara baxmayaraq bu kənddə su çatışmazlığı onilliklərdir mövcuddur. Daha doğrusu əsrlərlə. Bunu İsmayıllının, bütün icra başçıları da bilib. Elə rayonun indiki icra başçısı da bunu çox gözəl bilir və kəndə gələrkən təsdiq də edib. Amma nə fayda….

Su həyatdır ,amma su problemi tircanlıların bu həyatanı uzun illərdir müşkilə salıb və salmaqda davam edir. Bu kəndin ən aktual sosial problemlərindən biri sudur.

Əslində ,kəndin qədim tarixini nəzərə alsaq su problemi burada əsrlərdir var. Sovet dövrü Tircan qadınları suyu səhənglə kəndin bulaqlarından daşıyırdılar. Amma indi o bulaqlar ya quruyub, ya da işə yaramır və artan yerli əhali (kənddə 1000-dən çox ev var hal-hazırda) su tələbatını daha da çətinliklə ödəyir.Yəni, su problem ildən-ildən ağırlaşır.

Əvvəllər əhali suyu kəndin yuxarıbaşında bulaqdan daşıyırdısa, 8 il əvvəl guya paylayıcı boru şəbəkəsi təşkil olunub və bulaqdan evlərə  guya su xətləri çəkilib. Amma relalıqda bu belə deyil, suyun yalnız adı var. Çünki hamı eyni zamanda bu sudan istifadə etdikdə su hamıya gəlmir, çatmır, ya da təzyiq az olduğundan həddən artıq zəif gəlir ki, bu da suyun olmaması kimi bir şeydir. Buna görə kənd sakinləri məcburdurlar ki, bu mənbədən bir-birlərindən xahiş edib növbə ilə istifadə etsinlər.

Sakinlər məcbur olub hətta öz vəsaitləri hesabına dağın döşündən plastik borularla su çəksə də, bu da məsələni həll etmir, çünki bu cür də su az qala damcı-damcı gəlir.

Bu səbəblərdən əhalisi 3 000-dən çox olan kəndin sakinləri məcburiyyət qarşısında qalıb çox vaxt içməli suyu marketlərdən və kəndə gələn su maşınlarından ödəniş etməklə alırlar.

İndi içməli suyu pulla aldıqlarını deyən şikayətçi sakinlər bildirir ki, bu maddi baxımdan onlara baha başa gəlir. Tircanlıların problemlə bağlı yerli icra nümayəndəsinə, bələdiyyəyə, İcra Hakimiyyətinə illərdir etdikləri çoxsaylı müraciətləri isə nəticəsiz qalır. Daha doğrusu, illərlə sakinlərlə su əvəzinə söz verilib.

Əgər nəzərə alsaq ki, kənd əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur, suyun onlar üçün nə qədər vacib olması daha aydın olar.

Yayda suya təlabat artdığından kəndə su problemi lap dözülməz olur.

Yaşayış yerlərində əhalinin su tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun məsul şəxsləri əvvəlcə Tircan kəndinə olublar. Yerli İcra Hakimiyyəti, suvarma sistemləri idarəsi və bələdiyyənin nümayəndələri, həmçinin mövzu üzrə mütəxəssislər su təchizat sisteminin vəziyyəti ilə tanışdırlar. Bu video internetdə də var.

https://www.youtube.com/watch?v=57HuQRZFOkw

İsmayıllı icra hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə bir neçə kəndi ilə birlikdə Tircan kəndində subartezian quyularının qazılması sənəddə yer alır.

İcra Hakimiyyəti subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını bəhanə edərək digər mənbələrin araşdırılmasının zəruriliyi qeyd edib.

Rəsmi məlumatdakı, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq, sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib. Amma bütün bunlar söz olaraq qalıb. Prezidentin su təminatı ilə bağlı qərarı icra olunmayaraq qalıb.

Bəs, bu qərarlar nə vaxt yerinə yetiriləcək, layihələr, icra başçısının dediyi mühəndis araşdırmaları, geoloji tədiqatlar nə vaxt aparlacaq? Ümumiyyətlə heç aparılıbmı və nəticəsi nədir?

Baxmayaraq ki, İsmayıllıya  su problemini həll etmək üçün İcra Hakimiyyətinə milyonlarla pul ayrılıb və necə icra başçısı dəyişib, problem isə dəyişməz olaraq qalıb. İsmayıllının yeni icra başçısı Nahid Bağırov da Tircanın su problemini həll etməyib.

İcra başçısının kəndə səfərindən və problemlə şəxsən şəxsən tanışlığından, tədbirlər görüləcəyi haqda danışmasından 2 il keçsə su problemi olduğu kimi qalıb.

Qədim kəndin problemi qədim olaraq qalıb. Halbuki qonşu Kürdmaşı və digər kəndlərdə subartezian quyusu qazılıb, içməli su təminatı qismən həll olunub. Amma Tircanda hələ də yox…

Görəsən tircanlılar daha neçə əsr gözləməlidirlər ki, onların  da su problemi həll olunsun?!

Hər halda cəhd edib subartezian quyusu qazmaq olar. Məlumata görə,  Meliorasiya və Su Təsərrüfatı ASC regiondan asılı olmayaraq bir quyunu 70 min manata qazır. “Azərsu” isə 31 min 500 manata. Şəxsi şirkətlər daha ucuz ,10-15 minə qaza bilər. Əgər bizim mütəxəssislər kəndi su ilə təmin edəcək münasib su mənbəyi tapmaqda çətinlik çəkirlərsə, onda  qardaş Türkiyədən mütəxəssis dəvət etmək olar.

Rayonu su ilə təmin etmək üçün dövlət büdcəsindən ayrılan, xərclənən milyonların cüzi hissəsİni ayırıb, bəlkə də Türkiyənin TRT kanalında yayımlanan məşhur  “Su savaşları” sənədli filmində dünyanın müxtəlif yerlərində su problemi yaşayan insanlara su tapmaqda yardımçı olur. Həmin proqramın aparıcıları Çağlar Dəmirkapı ilə Hakan Girgini Tircana dəvət etsəydilər, onlar çoxdan araşdırıb bu kənd üçün rahat su mənbəyi tapardılar.

https://www.youtube.com/watch?v=fJy7yzNl8yI

İstənilən mətbu orqan gəlib tircalılardan su problemini soruşa bilər.

Malik Əhmədli

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button