DünyaManşet

“Bayraktar” yenidən Donbas səmalarında: İki top batareyası məhv edilib

26 oktyabrdan etibarən Ukrayna ordusunun Donbasda lokal hərbi əməliyyatlar keçirməsi şiddətlənməsə də, bir sıra epizodları ilə diqqəti çəkməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, mövzu Türkiyə istehsalı olan “Bayraktar TB2”nin Donbas səmasında yenidən görünməsidir.

Belə ki, ötən gün Ukrayna ordusunun mövqelərini atəşə tutan separatçılara məxsusu top batareyası məhv edilib. Ukrayna mediasının yaydığı, rus jurnalistlərin də təsdiqlədiyi məlumata görə, Qaranitnaya rayonunda yerləşmiş separatçıların iki top batareyası “Bayraktar” tərəfindən məhv edilib. Verilən məlumata görə, həmin əməliyyat zamanı 4 separatçı yaralanıb.

Məlumatda vurğulanır ki, sözügedən rayonda baş verən atışmada Ukrayna ordusunun bir əsgəri də yaralanıb.

Lakin əsl məsələ “Bayraktar”ın top batareyalarını vurduqdan sonra ukraynalı hərbçilərin sevinc içində qışqırması və həmin görüntüləri yaymasıdır. JAMAZ.İNFO xəbər verir ki, separatçıların mövqeyinə zərbənin endirilməsini seyr edən əsgərlər, hadisəni bayram edərək, görüntülərini çəkib, paylaşıblar. Bu hadisədən sonra ruslar ciddi şəkildə narahat olmağa başlayıblar. Hətta bir çox sosial şəbəkələrdə, o cümlədən forumlarda bu hadisəni “biabırçılıq” kimi qiymətləndiriblər.

Bu əsnada, Rusiyanın Ukrayna ilə sərhəddə qoşun yığdığına dair də məlumatlar gəlir. Dünən isə Krasnodardan snayper qrupunun Donbasa göndərildiyi bildirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button