ManşetÖlkə içi

“Bayraktar” Qarabağda düşmənin 1 milyard dollarlıq silahını məhv edib

44 günlük Vətən Müharibəsində Türkiyənin “Bayraktar TB2” Pilotsuz Uçan Aparatlarının ermənilərə hansı zərəri vurduğu açıqlanıb. JAMAZ.İNFO xəbər verir ki, “TRT Haber” kanalının aprıcısı Ahmet Çakır bildirib ki, 44 gün ərzində “Bayraktar” 3000 saat fasiləsiz uçuş edib.

Onun araşdırmasına görə, sözügedən PUA-lar 44 gün ərazində Ermənistan ordusunun 900 hədəfini vurub. Bu hədəfləri vurmaqla da, ermənilərə 1 milyard dollar zərər yetirib.

Bahçaşeher Universitetinin müəllimi Abdullah Ağar isə deyib ki, “Bayraktar” PUA-larının düşmən üzərində ciddi psixoloji təsirləri də çox olub. “Düşmənin əsas qüvvələrinin cəmləşdiyi Cəbrayıl rayonunun qərb hissəsindəki briqadaları məhv edilindən sonra qorxuya düşdü. Düzdür, onlar əks hücuma keçməyə cəhd göstərdilər. Lakin heç bir xeyri olmadı. Çünki düşməndə hər an onları vura biləcəklərinə dair qorxu və güvənsizlik yarandı. Və bu güvənsizlik də onun sonunu gətirdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button