GündəmManşet

Başkənd məsələsi ilə bağlı sensasiyalı iddia: “Qəsəbə nəyinsə müqabilində Azərbaycanla dəyişdirilib”

Son günlər, xüsusən də Brüssel görüşündən sonra Ermənistanda naklavlar məsələsi yenidən gündəmə gəlib. JAMAZ.İNFO xəbər verir ki, bu müzakirələrdə erməni siyasətçiləri əsas fikir olaraq, baş nazir Nikol Paşinyanın Başkənd qəsəbəsi məsələsini qaldırmamasını vurğulayırlar.

Onlar sual edirlər ki, Qazax və Tovuz istiqamətlərində 8 kəndin, habelə Naxçıvan səmtində 1 kəndin Azərbaycana verilməsi məsələsi ortada varkən, Ermənistan niyə sovet dövründə onun ərazisi olan Başkəndi tələb etmir? Elə müzakirə də bunun üzərində qurulub.

İrəvan rəsmiləri ankalav kəndlərlə bağlı hələlik susur. Lakin Qazaxın kəndlərində erməni tərəfi bir neçə gündür əraziləri ölçməyə başlayıb. İcevan əhalisi də nə baş verdiyini bilmir. Onlara rəsmi qurumlardan açıqlama verən də yoxdur.

Ermənistan Mühafizəkarlar Partiyasının sədri, valideynləri Başkənddən olan Karen Hekimyan yerli mediaya verdiyi açıqlamasında bəzi maraqlı məqamları açıqlayıb. Onu da qeyd edək ki, Karen Başkənd məsələsini araşıdran şəxslərdən biri hesab olunur. “Mən uzun illərdir Başkənd məsələsi ilə məşğulam. Bu qəsəbənin Ermənistana məxsus olduğunu israrla qəbul edirəm. Lakin Levon Ter-Petrosyan bəyan edib ki, bu qəsəbə 1992-ci ilin avqustunda dəyişdirilib. Dəyiiklik isə mübadilə əsasında baş verib. Amma keçmiş prezident nəyin müqabilində Başkəndin Azərbaycana verildiyini açıqlamır. Apardığım araşdırmalar zamanı da bununla bağlı əlimə bir şey keçməyib”.

O deyib ki, Başkənd danışıqlar predmeti olmalıdır. “Baş kənd SSRİ dövründə Ermənistanın ərazisi olub. Bu məntiqlə yanaşsaq, qəsəbə Ermənistana qaytarılmalıdır. Amma çox maraqlı bir şey var. 2019-cu ilin dekabrında Başkənddən olan ermənilər hökumət binası qarşısında aksiya keçirən zaman Nikol Paşinyan onlara müraciət edərək demişdi ki, Başkənd camaatı istəməyən qonşudur. Mən o hadisəyə ad verə bilmərəm və bizim xalqın niyə belə adlandırıldığını deyə bilmərəm. Fakt budur ki, Ermənistan rəhbərliyi Başkənd əhalisini qonşu adlandırır. Bəlkə də Başkənd məsələsinin müzakirə olunmamasının səbəbi budur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button