GündəmManşet

Barmaqlarında oynatdıqları erməni cəmiyyəti: Qarabağa qaz nəqli bərpa olundu

Bu gündən etibarən Xankəndinə Ermənistandan təbii qazın verilişi bərpa olunub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə separatçılar məlumat yayıb.

Bununla bağlı açıqlama verən separatçıların nümayəndəsi Ruben Vardanyan bildirib ki, qaaz verilişinin bərpası üçün heç bir danışıq aparılmayıb. “Heç bir ilkin şərt olmadan, heç bir güzəştə getmədən Aazərbaycan qaz nəqlini bərpa edib. Biz birlik nümayiş etdirdik və bu bizim qələbəmizdir. Gördülər ki, biz birik və heç bir güzəştə getmək fikrində deyilik”.

Vardanyan iddia edib ki, bu gün gün ərzində yolun açılması da gözlənilir. “Bunu onlar qərarlaşdırıblar. Hiss etdilər ki, səhvə yol veriblər. Onlar həm daxildən, həm də xaricdən təzyiqi görüb, geri çəkildilər”.

Qeyd edək ki, Vardanyanın dedikləri tipik erməni həyasızılığıdır. Çünki Qqarabağa qazın nəqlini Azərbaycan yox, Ermənistan dayandırmışdı. Hətta bu prosesi həyata keçirən “Qazprom Ermənistan” şirkəti rəsmi olaraq bəyan etmişdi ki, qaz nəqlini Qarabağdakı separatçıların yazılı müraciəti əsasında dayandırıblar. Ağıllarıyca oyun oynayırlar və publikanı aldadırlar ki, guya, bunlar “qələbə” qazanıblar. Elə Vardanyanın dediklərindən də aydın olur ki, onlar Qarabağdakı erməniləri aldatmaq üçün belə bir varianta əl atıblar.

Yolun açılmasına gəldikdə isə onu Azərbaycan tərəfi deyil, Rusiya bağlayıb. Bunu ilk gündən rəsmi Bakı da bəyan edib. Azərbaycan tərəfi bildirib ki, Qarabağa zəruri ərzaq məhsullarının daşınması, sərnişinlərin hərəkəti üçün heç bir məhdudiyyət qoyulmayıb. İndi ruslar yolda qurduqları dəmir baryeri götürüb, nəqliyyatın hərəkətini bərpa edəcəklərsə, bunun Azərbaycana və orada etiraz edən QHT və media nümayəndələrinə heç bir dəxli yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button