ManşetMedia

Balasanyanın Ermənistana keçdiyi barədə xəbər yayılıb

Erməni mənbələri Xocalı qatili Vitali Balasanyanın Ermənistana keçdiyi, hazırda xəstəxanada olduğu barədə məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, “Pastinfo” bununla əlaqədar bildirib ki, Balasanyanın ürəyində problem olduğundan xəstəxanaya yerləşdirilib.

Onun Ermənistana necə keçməsinin təfərrüatları barədə isə məlumat yoxdur.

Qeyd edək ki, Balasanyan dünən “Aravot” qəzetinə açıqlama verərək, həbs olunmadığını, hazırda Qarabağda olduğunu bildirib.

Ümumiyyətlə, son günlər Qarabağdakı canilərin Ermənistana keçməsi və ya saxlanılması ilə bağlı zioddiyyətli məlumatlar çoxdur. Məsələn, iki gün öncə Qarabağdakı terrorçuların yeni rəhbəri Samvel Şahramanyanın Xankəndidə həbs olunaraq, Bakıya gətirildiyi barədə məlumat yayılmışdı. Lakin bir gün sonra separatçıların nümayəndəsi David Qalstyan açıqlama yaymışdı ki, Şahramanyan Ermənistandadır.

Analoji durum qondarma “müdafiə ordusu”nun komandanı Kamo Vartanyan, qondarma “mtx”nin rəhbəri Melkumyan, qondarma “din” başçısı Kamo Sarkisyan haqqında da yaşanıb. Lakin sonradan onların da Ermənistana keçdiyi xəbərləri yayılıb.

Belə xəbərlərin dövriyyəyə buraxılmasının bir neçə səbəbi ola bilər. Birincisi, adları çəkilən şəxslərlə bağlı izi itirmək, axtarış tədbirləri görənlərin diqqətini yayındırmaqdır. Aydın məsələdir ki, belə addımlar Baako Saakyan, Arkadi Qukasyan və Arayik Harutyunyan haqqında da yayılmışdı. Lakin sonradan məlum oldu ki, onların hər üçü həbs olunaraq, Bakıya gətirilib.

Balasanyan və digərlərinin Ermənistanda olması xəbərlərinin intensivləşməsi də onu deməyə əsas verir ki, məqsəd izi itirmək, diqqəti yayındırmaqdır. Çünki bu adamların sərhəddi asanlıqla keçməsi qeyri-mümkündür. Görünür, tülkülər dalana sıxışıblar, indi də izi itirməyə çalışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button