ManşetÖlkə içi

Balasanyana iki ittiham irəli sürüləcək: “vətənə xəyanət” və “çevrilişə cəhd”

Xəbər verildiyi kimi, dünən axşam saatlarında Qarabağdakı separatçıların nümayəndəsi, bir müddət qondarma “təhlükəsizlik şurası”na rəhbərlik etmiş, Xocalı qətliamının təşkilatçılarından biri Vitali Balasanyan həbs olunub. JAMAZ.İNFO xəbər verir ki, o, Əsgərandakı evində saxlanılıb.

Hayeli.am- ın yaydığı xəbərdə isə bildirilir ki, Balasanyan, oğlu və əmisi saxlanıldıqdan sonra, onların evində 40 dəqiqəyə yaxın axtarış aparılıb. Daha sonra isə Qarabağdakı qondarma “prokurorluğa” gətiriliblər və orada ifadə veriblər.

Balasanyanın vəkilləri isə bildiriblər ki, separatçı “prokurorluq”da döyülüb. “Onun bədənində çoxlu sayda işgəncə izləri var. Durumunun yaxşı olduğunu deyə bilmərik”.

Balasanyana qarşı bir neçə ittiham irəli sürüləcəyi deyilir. Onların arasında “vətənə xəyanət” maddəsinin olacağı da qeyd edilir. Bundan başqa, qondarma “general”ın Qarabağda hərbi çevrilişə cəhddə də ittiham olunacağı güman edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button