ManşetSosial

Bakını on gün susuz qoyan agentlik 235 minlik mebel alır

Ölkənin bir nömrəli şəhərini, paytaxt Bakını 10 gün susuz saxlayan Dövləıt Su Ehtiyatları Agentliyinin qurumlarından biri mebel almağı planlaşdırır. JAMAZİNFO xəbər verir ki, “hamı kranları birdən açır, ona görə də, stexniki problem yaranır” açıqlamasını verən qurumun “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” bununla bağlı tender elan edib.

Mebel və bərk inventarların satın alınması üzrə elan edilmiş müsabiqənin qalibi sentyabrda müəyyən olunacaq. Amma indidən məlumdur ki, institut bişirmə və isitmə avadanlığı, pərdə və kölgəliklər, mətbəx texnikası, mebel, ofis mebeli, oturacaq, daxili bəzək-tamamlama, mebel və təmir işlərini həyata keçirməyi qərarlaşdırıb.

Tenderin ehtimal olunan dəyəri 234.317,96 manat təşkil edir.

P.S. Hə, deyəsən, Bakıya 10 gün suyun verilməməsinin “sirri” açılır. Su problemləri ilə məşğul olan Zaur Mikayılov cənablarının bir saat belə başını qaşımağa vaxtı olmayan Su və Meliorasiya İnstiututunun rəhbərliyi və işçilərinin oturmağa kresloları, yemək yeməyə mətbəx mebelləri yox imiş. Yoxsa, məsələni yerindəcə həll edərdilər. Biz hələ pərdələrin olmaması səbəbindən işçilərin gözünə gün düşərək, qamaşmasının təsirləri barədə danışmırıq. Bu lap “qlobal” məsələdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button