CəmiyyətManşet

“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır

“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.

Jamaz.info xəbər verir ki, artıq tətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkün olacaq.

Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir.

Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.

Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button