GündəmManşet

Bakıdan rus şirkətinə tələb: “Zod qızıl mədənində işləyən erməniləri çıxarın, onları azərbaycanlılarla əvəz edin”

Bir neçə gün əvvəl Zod qızıl yatağının Ermənistanda yerləşən hissəsindəki mədənin bağlanması barədə məlumat vermişdik. JAMAZ.İNFO-nun yaydığı həmin məlumatda qeyd edilirdi ki, Zod qızıl mədəni fəaliyyətini dayandırıb.

Qeqarkunik vilayətinin qubernatorui Karen Sarkisyan bununla bağlı açıqlama verərək demişdi ki, mədən bundan sonra işləməyəcək. Nəticədə isə 800 erməni işçi işsiz qalacaq. Mədəni istismar edən rus şirkəti isə bildirib ki, işdən çıxarılanlardan yalnız 80 nəfərə yaxını başqa şirkətlərdə işlə təmin olunacaqlar. Yerdə qalanların isə maaşlarının 1/3 hissəsi ödəniləcək.

Bu gün isə mədənlə bağlı yeni detallar üzə çıxıb. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, artıq bir həftədir erməni işçilər işə çıxmırlar. Qəzet iddia edib ki, mədənin fəaliyyətini dayandırmasının iki səbəbi var. Onlardan biri kimi, mədəni işlədən rus şirkəti ilə Azərbaycan arasında danışıqların getməsidir. “Ruslar Azərbaycanla danışıqların müsbət nəticə verəcəyinə ümid edirlər. Lakin məlum olub ki, Azərbaycan tərəfi hələ ötən ilin sonunda Ermənistan tərəfinə xəbərdarlıq edib ki, mədəndə işləri dayandırsın. Buna səbəb də qazıntı işlərinin Azərbaycan ərazisinə keçməsi olub. Belə ki, yatağın Ermənistana düşən hissəsində ehtiyatlar tükənməyə başlayıb və artıq rentabelli hesab olunmur. Eyni zamanda, mədəndə qızıl hasilatı üçün Azərbaycan ərazisinə keçmək lazım gəlib ki, bundan da Bakı xəbər tutan kimi, xəbərdarlıq edib”.

“Hraparak” yazır ki, hazırda Zod qızıl yatağının 70 faizi Azərbaycanın ərazisində yerləşir.  Erməni tərəfinin mədəni işlətməyə davam etməsi isə Azərbaycanın istismar işləri üçün infrastruktur qurmalıydılar. “Bu isə vaxt tələb edirdi”.

Erməni nəşri mədəni istismar edən şirkətdəki mənbəsinə istinadən onu da bildirib ki, hal hazırda Azərbaycanın konkret tələbləri var. Belə ki, rəsmi Bakı Zod qızıl yatağında çalışan ermənilərin işdən çıxarılımasını, onları isə azərbaycanlı  işçilərlə əvəz edilməsini tələb edirlər. “Bakı rəsmi şəkildə bildirib ki, əks təqdirdə rus şirkətinin işləməsinə imkan verməyəcəklər. Rus şirkəti isə bu tələbi yerinə yetirməkdən imtian edir. Çünki yatağın işlənilməsində lazım olan bütün avadanlıq və infrastruktur Ermənistan ərazisində yerləşir. Yəni, bu o deməkdir ki, qızıl Azərbaycan ərazisində çıxarılmalı, amma Ermənistanda emal edilməlidir. Əgər Rusiya tərəfi Azərbaycanla dil tapmasa, 800-ə yaxın insanın işsiz qalacağı, cəmi 40-50 nəfərin mədəndə işləyəcəyi, mədənin faktiki işçi qüvvəsinin azərbaycanlı işçi qüvvəsi ilə əvəzlənəcəyi istisna deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button