GündəmManşet

Bakıdan İrəvana 211 milyon dollar pul köçürülüb?

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala səbəb olub. JAMAZ.İNFO Virtualaz.org-a istinadla xəbər verir ki, “İşıqlı Ermənistan” parlament fraksiyasından olan deputat Armen Yegiazaryan bəyan edib ki, o, Milli Təhlükəsizlik Xidmətindən (MTX) onların, 2018-ci ildə 211 milyon dolların Azərbaycandan Ermənistana köçürülməsi ilə heç bir əlaqəsinin olmadığı barədə cavab alıb. “Bir neçə gün bundan əvvəl mən Dünya Bankının hesabatı ilə əlaqədar MTX-ya müraciət etmişdim və bildirmişdim ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülüb. Bu gün mən MTX-dan cavab aldım, həmin cavabda faktiki olaraq onların bu məsələdə görəcəkləri heç bir işin olmadıgı bildirilir… Ən azından düşmən ölkədən Ermənistana əhəmiyyətli miqdarda pulun köçürülməsi faktına belə laqeyd münasibət qəribədir”, – deyə millət vəkili vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button