ManşetSosial

Bakıda azyaşlı qızı qaçırmaq istəyiblər: Təsadüfən xilas ola bilib

Dünən  Sabunçu rayonu, Pirşağı qəsəbəsi ilə Mehdiabad qəsəbəsinin arasında yerləşən,  “2-ci sovxoz” adlanan ərazidə azyaşlı məktəbli qızın oğurlanmasına cəhd olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Yeganə Hacıyeva adlı Facebook istifadəçisi məlumat yayıb.

O bildirib ki, hadisənin detalları ərazidəki izləmə kameraların görüntülərinə baxılmaqla  dəqiqləşdirilib. Belə ki, ötən gün saat 18 radələrində 188 saylı tam orta məktəbin şagirdi dərsdən çıxıb, qardaşını axtararkən, naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşdırıb. Azyaşlıya  bıçaqla hədə-qorxu gələn şəxs onu ağ rəngli avtomobilə əyləşdirərək maşından düşməməyi və özünü onun qızı kimi aparmağı tapşırıb. “Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub və bu vaxt da azyaşlı yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək, sinif yoldaşının valideyinin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb”.

Yeganə Hacıyeva qeyd edib ki, faktı araşdıran Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları, küçədə olan müşahidə kameralarından azyaşlını ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücüsü qaçırmağa cəhd etməsini dəqiqləşdiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button