ManşetÖlkə içi

Bakı Xudavəng monastrını Rus Provoslav Yeparxiyasına verməyə hazırlaşır?

Kəlbəcər rayonunun ərazisində yeləşən, qədim alban kilsəsi olan Xudavəng kilsəsinin aqibətinə yaxın günlərdə aydınlıq gətiriləcək. JAMAZ.İNFO NEWS.am-a istinadən xəbər ki, Azərbycan tərəfi bununla bağlı Rusiyaya müraciət etməyə hazırlaşır.

Qarabağ Yeparxiyasının Primatı , yepiskop Vrtanes Abramyan deyib ki, Bakı Xudavəng kilsəsindəki erməni “dindarları” Bakı Rus Provoslav Yeparxiyasının ruhaniləri ilə əvəzlənməsini istəyir.

Abramyan bildirib ki, artıq bununla bağlı onlara xəbərdarlıq da olub. “Azərbaycan erməni rahibləri Xudavəngdən çıxarmaq üçün bütün imkanlarını işə salıb. Tezliklə kilsə rusların ixtiyarına verilərsə, erməni rahiblərin burada qalmasına ehtiyac olmayacaq. Həmçinin rus sülhməramlılarının da monastrı mühafizə etməsinə ehtiyac olmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button