ManşetSiyasət

Bakı-Xankəndi dialoqu Bolqarıstanda keçiriləcək? – İDDİA

“Respublika Uğrunda” Partiyasının lideri Arman Babacanyan iddia edib ki, yaxın günlərdə Bakı-Xankəndi dialoqu ABŞ-ın vasitəçiliyi ilə Avropa ölkələrinin birində keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, partiya sədri həmin ölkənin böyük ehtimalla Bolqarıstan olacağını bildirib.

Babacanyan onu da iddia edib ki, Vaqif Xaçatryanın saxlanılması guya, Rusiya və Azərbaycanın birgə əməliyyatıdır. Onun sözlərinə görə, məqsəd ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək Bakı-Xankəndi dialoqunu pozmaqdır. “Ümid edirəm ki, Xankəndi öz addımlarının və hərəkətlərinin ölümcül olduğunu başa düşür. Bu məsələdə böyük məsuliyyətlə hərəkət edəcək. Qarabağ Amerika vasitəçiliyi ilə bu mühüm görüşü rədd edən tərəf olmamalıdır”.

P.S. Qeyd edək ki, Bakı-Xankəndi dialoqunun Bolqarıstanda keçirilməsi ilə bağlı rəsmi Bakı hər hansı açıqlama yaymayıb. Digər tərəfdən, Azərbaycan Qarabağ erməniləri ilə danışıqları hansısa Avropa ölkəsində aparılmasına razı olmayacaq. Çünki buna gərək yoxdur. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir, orada yaşayan ermənilər də Azərbaycan vətəndaşı hesab olunurlar. Ölkəmizin rəsmiləri də öz vətəndaşları ilə öz ərazimizdə görüşməlidir və bunun üçün başqa ölkənin seçilməsi qəbuledilən də deyil.

Eyni zamanda, hətta belə bir görüşə razılıq verilsə belə, Qarabağdakı ermənilər tərəfindən kimin iştirak edəcəyi də vacib məqamdır. Əgər orada separatçıların rəhbərləri olacaqsa, bu Azərbaycanın Qarabağdakı terrorçuları tərəf kimi tanıması anlamına gələcək ki, buna da Bakı qəti razı olmayacaq. Yox, görüşdə Azərbaycanın təsdiq etdiyi nümayəndələr olacaqsa, onlarla yalnız reinteqrasiya məsələlərini müzakirə etmək lazımdır. Digər məsələlərin isə onlara heç bir aidiyyatı yoxdur. Bölgədə humanitar vəziyyəti tənzimləmək rəsmi Bakı tərəfindən çıx qısa müddətdə həyata keçirilə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button