ManşetSosial

Bakı selə təslim oldu: Məktəblər, komplekslər, evlər su altında- VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Hövsan Olimpiya Kompleksi güclü yağan yağış nəticəsində kompleksi su basıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, kompleksin tavandan içəriyə dolan su bir sıra problemlərə səbəb olub.

Qeyd edək ki, ötən gündən başlayan intensiv yağışlar nəticəsində ölkənin bir çox yerində problemlər yaşanır.

**

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbin ibtidai korpusu da bağlanıb. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, hər yerə su damdığı üçün qısaqapanma riski səbəbindən məktəbin ibtidai korpusu müvəqqəti bağlanıb. Şagirdlər hazırda dərsləri böyük korpusda keçir.

**

Yağan yağış nəticəsində Bakıda fəaliyyət göstərən əksər məktəbləri su basıb. JAMAZ.İNFO xəbər verir ki, daman məktəblərdən biri də Hövsan qəsəbəsində yerləşən 281 nömrəli məktəbdir. Məktəbin sinif otaqları su ilə dolub. Tavan və döşəmələr yararsız hala düşüb.

**

Maştağa qəsəbəsində də durum xoşagəlməzdir. JAMAZ.İNFO xəbər verir ki, qəsəbəyə bağlı Ramana “Sovxoz” və “Gülçülük” massivlərinin əsas yolları su altında qalıb. Massivi iki yerə bölən Şəhid Elşən Məhərrəmov küçəsi isə keçilməzdir. Yağış suları  bütün yolu bağlayıb. Evlərə isə suyun girdiyi, insanların ciddi sıxıntı içində olduğu bildirilir.

https://www.youtube.com/watch?v=NZw8t268pVM

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button