AraşdırmaManşet

Bakı Qarabağda antiterror əməliyyatına hazırlaşır: “Caliber”in yaydığı görüntü erməniləri qorxuya salıb- VİDEO

Ötən gün Azərbaycanın Caliber.az saytı video paylaşaraq, PUA-lar vasitəsi ilə çəkilmiş və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin görüntülərini yayıb. Ermənistan hərbi qulluqçularının Xocalıda hərbi poliqonda atəş təlimləri keçdiyini təsdiqləyən yeni görüntüləri, sayt “Hesab edin ki, bu ultimatumdur” başlığı ilə yayınlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Caliber.az yaydığı xəbərdə qeyd edib ki, Azərbaycan Qarabağda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin, habelə Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrin olduğunu dəfələrlə bəyan edib. “Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minədək erməni hərbçisi var ki, bu da Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır”.

“Caliber” yazır ki, Laçın rayonunda Sərhəd Buraxılış Məntəqəsinin qurulması yolda nizam-intizam yaratmaq və Qarabağda yerləşən erməni birləşmələrinin hərbi cəhətdən təhciz edilməsi ehtimalını aradan qaldırmaq üçün zəruri addım idi. “Amma bu tədbirlər vaxtilə Ermənistan rejimi tərəfindən etnik təmizləməyə məruz qalmış və bu gün öz evlərinə qayıdan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qətiyyən kifayət etmir. Artıq geri qayıtma prosesinə başlanılıb və 2026-cı ilə qədər 42 min nəfərin yalnız Ağdam şəhəri və ətraf kəndlərdə məskunlaşdırılması planlaşdırılır. İlkin mərhələdə 10 minə yaxın mülki şəxsin Ağdama qayıtması planlaşdırılır”.

Sayt sual edir: “Bəs erməni quldur dəstələrinin hələ də Xocalıda olduğu bir vaxtda vətəndaşlarımızın geri qayıtmasını planlaşdırmaq olarmı?” Daha sonra isə qeyd edir ki, belə vəziyyətdə bu mümkün deyil. Ardından isə üç mümkün çıxış yoluni vurğulayıb. “Birincisi, çətin ki, erməni birləşmələri dərhal və qeyd-şərtsiz buraxılması və onların Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması mümkün olsun. Arzu olunarsa, “dinc” rıçaqlar var: Ermənistanın dövlət büdcəsindən Qarabağdakı separatçı rejimin istənilən maliyyələşdirilməsi dayandırılır, maliyyə dəstəyi olmadan qalan “ordu” çox tez dağıdılır. Bu arada biz əks mənzərəni görürük – Ermənistan büdcəsindən separatçı rejimə səxavətli vəsait ayırmaqda davam edir.

İkinci variant: Rusiya sülhməramlı kontingenti özü erməni hərbi qulluqçularının buraxılmasını nəzarətə götürür və Azərbaycanın güc bloku ilə sıx əlaqələndirərək, onların Azərbaycan ərazisindən çıxarılmasını təmin edir.

Üçüncü variant: əgər Rusiya sülhməramlıları bu vəzifəni yerinə yetirə bilməsə, o zaman Azərbaycan konstitusiya quruluşunu bərpa etmək və hər hansı təhlükəsizlik təhdidini aradan qaldırmaq üçün öz ərazisində antiterror əməliyyatı keçirəcək. Bu təcrübə artıq mövcuddur və hamı əmin olsun ki, Bakı onu yenidən tətbiq edəcək”.

Bu videogörüntü və yazıdan sonra Ermənistanda narahatlıq başlayıb. Daha doğrusu, erməni siyasi fəallar haray-həşir salmağa başlayıblar. Onlar Azərbaycanın yaxın günlərdə antiterror əməliyyatına start verəcəklərini bildirirlər. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri Allen Koradır ki, o, özünün Facebook hesabında bu mövzuyla bağlı çıxış edib. Kora yazır ki, Qarabağdakı mədənlər artıq bağlanıb. “Sərhəd Keçid Məntəqəsi və rentgen avadanlığı da qurulub. İndi isə növbəti mərhələyə keçməyə hazırlaşırlar”.

O “növbəti mərhələ”nin Qarabağdakı qanunsuz erməni ssilahlı birləşmlərinin zərərsizləşdirilməsi olduğunu deyib. “Sırada ordu və onun tabeliyində olan ağır texnika var. Azərbaycan açıq şəkildə bildirir ki, Qarabağda antiterror əməliyyatına hazırlaşır. “Caliber”” saytının yaydığı görüntülər də bunu təsdiqləyir”.

Erməni siyasi fəal daha sonra Azərbaycan müdafiə naziri Zakir Həsənovun son müşavirəsinə də toxunub. “Zakir Həsənov ötən gün müşavirə zamanı ola biləcək silahlı insidentlərə qarşı sərt tədbirlər görülməsi barədə əmr verib. Bu o deməkdir ki, heç bir güzəşt olmayacaq. Biz isə fil qulağında yatmışıq. Səsimiz belə çıxmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button