ManşetSiyasət

Bakı-İrəvan danışqlarının yeni raundu başlayır: Paşinyan Lissabona hansı təkliflərlə gedir?

İyulun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti mərhələsi start götürəcək. JAMAZ.İNFO xəbər verir ki, həmin toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Ermənistan mediası görüş öncəsi bəzi iddialarla çıxış edib. “Jamanak” qəzeti bununla bağlı yazır ki, Nikol Paşinyan Lissabona əliboş getmir. Onun bir neçə təklifi olacaq.

“Past” qəzeti isə iddia edir ki, hazırda Ermənistan hakimiyyətinin əsas gündəmi anti-Rusiya təbliğatını gücləndirmək və Qarabağ məsələsidir. “Paşinyan xüsusilə anti-Rusiya təbliğatının daha da gücləndirilməsi ilə bağlı öhdəlik götürüb. O, hətta bununla bağlı Dilicandakı görüşdə komandasına ətraflı göstəriş də verib. Baxmayaraq ki, faktiki olaraq hakimiyyət artıq bu prosesə başlayıb. Xüsusilə, “biz heç kimdən asılı deyilik” təbliğatı bunun tərkib hissəsidir”.

Qəzet onu da iddia edir ki, Paşinyan və komandası Lissabona qədər Qarabağ məsələsi ilə də bağlı bəzi fikirlər gündəmə gətirəcəklər. “İrəvan hökuməti Lissabona qədər “Ermənistan hakimiyyətinin Qarabağla heç bir əlaqəsi yoxdur”, “biz heç bir sənəd almamışıq”, “Qarabağ danışıqlar aparmaq mandate sahibi olmalıdır”, “biz Bakı-Xankəndi dialoqu üçün platforma yaratmalıyıq” təbliğatını gücləndirməliyik. Amma Paşinyanın əsas məqsədi “üçüncü ölkələrin Rusiya sülhməramlılarına alternativ” kimi göstərilməsinə nail olmaq, onların Qarabağa gətirilməsinə çalışmaqdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button