İqtisadiyyatManşet

Bakı Baş Gömrük İdarəsində kimlər saxlanılıb?

Xəbər verildiyi kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dünən axşam saatlarında Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, əməliyyat zamanı idarənin bir neçə yüksək vəzifəli şəxs saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, KQMBİ əməkdaşları keçirdikləri əməliyyat zamanı BBGİ-nin 3-ə yaxın əməkdaşını saxlayıblar. Məlumatda deyilir ki, rüşvət alarkən saxlanılan şəxslər əsasən Bakı Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin əməkdaşları və mühasibatlıq şöbəsinin işçiləri olublar. Güman edilir ki, saxlanılanlar arasında sözügedən şöbənin rəisi də var.

Lakin gələn xəbərlərdə o da deyilir ki, hüquq mühafizə orqanları dünən gecədən etibarən Bakı Baş Gömrük İdarəsində axtarışlarını davam etdirirlər. Əməliyyatçıların daha ciddi faktlar əldə etdikləri, habelə gömrükdə bir sıra qanun pozuntuları aşkarladıqları qeyd olunur. Hətta iddialar var ki, proses Dövlət Gömrük Komitəsinin mərkəzi aparatına kimi uzana bilər.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin adı uzun illərdir korrupsiya və rüşvətxorluq məsələsində hallanır. Xüsusən sahibkarlar onlara qarşı qanunsuzluqlar edildiyi, külli miqdarda rüşvət alındığı, tariflərin, rüsumların şişirdildiyindən şikayətçi düşüblər. Onlar bildirirlər ki, məhz bu hallar üzündən ölkəyə gətirdikləri mal və məhsulların qiymətləri iki dəfə baha başa gəlir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button