ManşetSosial

“Azparkinq”in “15 dəqiqə pulsuz dayanma xidməti” yalan çıxdı: Hesabdan 20 qəpik məcbur çıxılır

“Azparkinq” şirkətinin daha bir yalanı üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, əgər əvəllər “Azparkinq”də maşını park etmək üçün SMS pulsuz idisə, artıq bu qayda ləğv edilib.

Jurnalist Vilayət Muxtar bununla bağlı öz sosial şəbəkə hesabında yazır ki, hazırda 1 SMS üçün 0.10 AZN pul çıxılır.

O deyir ki,  “Azparkinq” elan edib ki, ilk 15 dəqiqəsi pulsuzdur. “Amma buna baxmayaraq, dayanacağa daxil olanda və tərk edəndə mütləq SMS göndərməlisən. Bu isə o deməkdir ki, artıq ilk 15 dəqiqə də pulsuz deyil, 2 dəqiqə saxlasan belə, giriş və çıxış üçün göndərdiyin hər SMS üçün 0.10 AZN pul çıxılır. Yəni dayanacaqda 1-2 dəqiqə saxlayıb, köşkdən su alsan, 0.20 AZN ödəməlisən”.

Qeyd edək ki, “Azparkinq” haqqında çoxlu sayda şikayətlər var. Lakin həmin şikayətlərə sözügedən qurum qəti əhəmiyyət vermir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button