ManşetSosial

Azərbaycanlılar İrəvanda erməniləri necə ələ saldılar? – Onlayn yemək və taksi sifarişi

Bir qrup Azərbaycanlı sərhəddə erməni təxribatı baş qaldırdıqdan sonra maraqlı bir addım atıblar. JAMAZ.İNFO xəbər verir ki, onlar İrəvandakı “Yandex” taksi şirkətinə onlayn 100 taksi sifariş ediblər.

Belə ki, sifartişçilər taksilərin Baqramyan küçsəinə gəlməsini və oradan da müştərilərini Zvartnots hava limanına aparmalarını istəyiblər. “Yandex” şirkətinin əhbəri Avetis Qasparyan deyib ki, əvvəlcə bu qədər taksi sifarişinin olmasına qeyri-adi baxmayıblar. “Lakin say 100-ə çatanda və bütün sifarişlərin eyni istiqaməti əhatə etdiyini görəndən sonra dərhal prosesi dayandırdıq. Araşdırmadan sonra məlum oldu ki, bu sifarişləri verən azərbaycanlılardır. Onlar “Yandeks” şirkətinin proqramını Teleqram üzərindən yükləyərək, sifariş verirmişlər”.

Qasparyan deyir ki, ilk sifarişlərdən sonra 50-yə yaxın taksini göstərilən ünvana göndəriblər. Məsələni aydınlaşdırdıqdan sonra isə sürücüləri geri çağırıblar. “Əgər 100 maşın eyni vaxtda yola çıxsaydı, bu hava limanı yolunun tam iflic olması demək idi”.

Şirkətin rəsmisi bildirib ki, sərhəddə hadisələr baş verən gün bir neçə saat onların işləri iflic olub. “Bu hadisədən sonra şirkətin fəaliyyəti bir neçə saat iflic oldu. Heç bir sifariş qəbul etmədik. Çünki sifarişlərin haradan gəldiyini müəyyən etməyimiz lazım idi. Proqramda alqoritmlərdə dəyişiklik etdikdən sonra yendən fəaliyyətimizi bərpa etdik”.

O qeyd edib ki, analoji hadisə ilə 44 günlük müharibə zamanı da üzləşiblər. “Belə hallar tez-tez olur. Ən inbtensivi isə 44 günlük müharibə zamanı oldu. Həmin vaxt İrəvandakı taksilərin hamısına sifariş verilçişdi. Bunu etməkdə məqsədləri o idi ki, həm qorxu yaratsınlar, hər o təsəvvürü formalaşdırsınlar ki, guya, ermənilər qaçırlar”.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan isə başqa bir maraqlı məqama diqqət yetirib. Onun sözlərinə görə, azərbaycanlılar təkcə taksi xidmətlərində deyil, həm də yeməklərin çatdırılma xidmətlərinin fəaliyyətini də oxşar şəkildə iflic ediblər. “Bir neçə aydır bu hallar yaşanır. Onlayn yemək sifariş verirlər. Ünvan göstərirlər. Sifarişi çatdıranda məlum olur ki, ya həmin ünvanda adam yaşamır, ya da belə bir sifariş verən olmayıb. Sadəcə, bizi ələ salırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button