İqtisadiyyatManşet

Azərbaycanlı deputatın Britaniyadakı hesablarına həbs qoyulur – 35 milyon manat “batır”

Böyük Britaniyada Azərbaycanla bağlı daha bir qalmaqal yaşanır. Daha doğrusu, “Dumanlı Albion”da növbəti pul əməliyyatına start verilib. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsusu 15 milyon funt sterliq (35 milyon manat) pulun yatırıldığı hesabları nəzarətə götürülüb.

Qeyd edək ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının (OCCRP) bu gün yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, bu vəsaitin üzərinə həbs qoyulması ilə bağlı Britaniya Milli Cinayət Agentliyi vəsatət qaldırıb. Şübhəli pullar Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon funt-sterlinq), oğlu Orxan Cavanşirin (6,4 milyon funt-sterlinq) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarındadır.

Xəbərdə qeyd edilir ki, C.Feyziyev yaradığı iki dərman şirkəti Azərbaycan Laundarmartından 138 milyon dollar pul alıb.

Xatırladaq ki, Cavanşir Feyziyev “Avromed” dərman şirkəti ilə yanaşı, ölkədəkli siqaret biznesinin başında duran şəxsdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button