ManşetSosial

Azərbaycanda insanlar arasında yeni virus yayılıb – Nazirlik xəbərdarlıq etdi

Son günlər azyaşlılar və böyüklər arasında yayılan virusun qripin influenza növü olduğu təsdiqlənib.

Jamaz.info xəbər verir ki, paytaxtda özəl klinikaya müraciət edən xəstələrdən birində analizlər müsbət nəticə verib.
Onun influenza virusuna yoluxduğu məlum olub.
Həmin xəstəxananın pediatrı Yalçın Mirzəyev “Xəzər TV”yə bildirib ki, virus əsasən 1-5 yaş arasında olan uşaqlarda daha çox yayılır. Onun sözlərinə görə, virus kəskin respirator xəstəliklərə xarkterik əlamətlərlə özünü göstərir. O deyib ki, xüsusilə risk qrupuna daxil olan şəxslər ən azı 48 saat ərzində həkimə müraciət etməlidirlər. Əks halda daha ağır nəticələri ola bilər.
Valideynlər isə deyirlər ki, virusun ən ağır əlaməti temperaturun bir neçə gün davam etməsidir. Onların sözlərinə görə, bu hal uşaqlarda ciddi narahatlığa səbəb olur.
Səhiyyə Nazirliyi virusun yayıldığını təsdiqləyib.
Bildirildi ki, hazırda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir. Bu xəstələrdən götürülmüş yaxmalardan yeni növ koronavirus, kəskin respirator virus infeksiyaları və bu qrupa daxil olan influenza virusu aşkarlanır. Virusa yoluxan şəxslərin qrip əleyhinə peyvənd olunması tövsiyə olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button