İqtisadiyyatManşet
Azərbaycanda ən çox maaş alan kimlərdir? -SİYAHI
2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Bundan əlavə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.