ManşetÖlkə içi

Azərbaycan vətəndaşlığı istəyən 5 Qarabağ ermənisi “cəsus”luqda ittiham olunaraq, həbs edilib

Qarabağda yaşayan ermənilərin arasında Azərbaycan vətəndaşlığını qəbul edərək, yaşamaq istəyənlərin olması xəbəri yeni deyil. Hələ bir xeyli əvvəl Şuşa və Xocavənd istiqamətlərində bir neçə erməni ailəsinin Azərbaycan hərbçilərinə müraciət edərək, vətəndaşlıq istədiklərini dedikləri məlum idi. Bundan başqa, prezident İlham Əliyev də çıxışlarında “Qarabağda yaşayan ermənilərdən müsbət siqnallar alırıq” ifadəsini işlədib.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda yaşayan ermənilərin həyat şəraitinin pis olması sirr deyil. Bunu özləri də etiraf edirlər. Lakin bölgədə rus sülhməramlılarına güvənərək, orada qərarlaşmış separatçılar isə həmin şəxslərin nəinki problemlərini həll etmək fikrində deyillər,hətta Azərbaycanla təmas qurmaq istəyən şəxsləri də təhdid edərək, onları ya həbs edirlər, ya da qorxudaraq fikirlərindən daşındırırlar.

Elə bu səbəbdəndir ki, Qarabağdakı separatçılar son bir həftədə “dövlətə xəyanət” maddəsi ilə 5 ermənini saxlayıblar. Həmin məlumata görə, həmin şəxslər guya, Azərbaycana işləyirmişlər. Yəni, cəsusluq edirmişlər.

Lakin bəzi erməni sosial şəbəkə istifadəçiləri separatçıların bu hərəkətini qorxunun təzahürü kimi qeyd edirlər. Onlar bildirirlər ki, Qarabağda yaşayan ermənilərin durumu çox ağırdır və bir çoxları bu yaşayışdan bezərək, ya Ermənistana, ya da Rusiyaya köç edib. Yerdə qalanlar isə imkansızlıq üzündən bölgəni tərk edə bilmirlər. Ona görə də, bir çoxları belə yaşamaqdansa, Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycanda yaşamaq istədiklərini bildirirlər. Bu səbəbdən də həmin adamlar müxtəlif vasitələrlər bölgədə olan hərbçilərimizlə təmasa keçərək, istəklərini dilə gətirirlər. Bundan xəbər tutan separatçılar isə dərhal həmin şəxsləri həbs edib, onlara qondarma “dövlətə xəyanət” damğası vururlar.

Bəzi erməni ekspertləri Qarabağda yaşayan ermənilər üçün Ermənistanın ayırdığı pulların təyinatı üzrə xərclənmədiyini, bir çox hissəsinin mənimsənildiyini bildirirlər. Onlar deyirlər ki, oradakı ermənilərin yaşayış səviyyəsi düzəldilməsə, Qarabağ ermənilərinin kütləvi şəkildə Azərbaycan vətəndaşlığı istəməsi prosesi qaçılmaza çevriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button