ManşetMedia

“Azərbaycan subhegomon dövlət olacaq”

“Bu gün Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər strateji müttəfiqlik xarakteri ilə nümunəvi xarakter daşıyır və bunun obyektiv səbəbləri var. Bu münasibətlərin əsasında ilk növbədə anti-Qərb regionallaşma siyasəti dayanır”. JAMAZ.İNFO-nun xəbərinə görə, bunu Ermənistanın “Qadınlar və Qlobal Təhlükəsizlik Arxitekturası” analitik mərkəzinin rəhbəri Armine Marqaryan deyib.

O vurğulayıb ki, bu gün Ermənistan təkcə demokratik yolunu davam etdirməyə deyil, həm də Rusiya-Azərbaycan tandeminin planlarına qarşı çıxmağa “cəsarət edir”.

Zəngəzur dəhlizi məsələsinə toxunan Marqaryan bildirib ki, Ermənistan ərazisindən dəhliz əldə etmək niyyəti Rusiya-Azərbaycan arasında pərdəarxası razılaşmadır. “Bu, Rusiyaya Qərbin iqtisadi və siyasi sanksiyalarından yan keçməyə kömək edəcək. Bu həm də regional subhegemon olmaq üçün Azərbaycana əlavə rıçaqlar verəcək”.

Onun sözlərinə görə, bu prosesdə ruslar və azərbaycanlılar çox sinxron işləyirlər. “Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, bunun ardından Rsuiaynın sanksiyaları gələcək”.

Erməni ekspert onu da deyib ki, o, COP29-a kimi heç bir hərbi təhdid görmür. “Lakin Ermənistana qarşı iqtisadi, enerji, psixoloji və s. təzyiqlər davam edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button