ManşetSiyasət

Azərbaycan QHT-ləri Şuşa-Xankəndi yolunda aksiya keçirdilər: çadırlar qurublar -VİDEO

Bu gün Azərbaycan QHT-lərinin bir qismi Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyası keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Elməddin Muradlı məlumat verib.

O bildirib ki, dünəndən etibarən rus sülhməramlıları Şuşadan İsa Bulağına gedən yolu bağlayıblar və Azərbaycan vətəndaşlarının həmin istiqamətdə hərəkətinə icazə vermirlər. Yalnız hərbçilər üçün təminat yolu açıqdır.

O bildirib ki, QHT nümayəndələri həm yolun açılmasını tələb ediblər, həm də ermənilərin qanunsuz olaraq Ağdərədə qızıl yataqlarımızı talamasına etiraz ediblər. Onun sözlərinə görə, etirazları davam edir və yolun üzərində açdırlar qurmağa başlayıblar. Rus sülhməramlıları isə onlara qarşı aqressiv hərəkətlər edirlər və çadırları sökməyə, habelə QHT rəsmilərini ərazidən uzaqlaşdırmağa çalışırlar.

Muradlı onu da bildirib ki, onlar rus sülhməramlılarının rəhbəri Andrey Volkovun gəlməsini tələb edirlər.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button