GündəmManşet

Azərbaycan Ordusu bir qədər də irəliləyib, Sərdarkəndin 300 metrliyində qərarlaşıb? – ermənilər təsdiq edir

Xəbər verildiyi kimi, martın 24-dən etibarən Azərbaycan Ordusu mövqe və dislokasiya yerlərini dəqiqləşdirməyə başlayıb. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin addımlar sayəsində Xocalı rayonunun Fərrux kəndi, onun yaxınlığında yerləşən Fərrux və Daşbaşı yüksəkliklərində möhkəmləniblər.

Bu gün isə məlum olub ki, Ordumuz mövqe və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi çərçivəsində daha bir kəndi nəzarətinə götürüb. Belə ki, Ordumuz Xocalı rayonunun Sərdarkənd kəndi yaxınlığında mövqelənib. Həmin kəndin “meri” Hayk Akopyan “Pastinfo”ya açıqlamasında deyib ki, kəndin bir çox əkin sahələri Azərbaycan Ordusunun müşahidəsi altındadır. “Fərrux kəndindən sonra Azərbaycan Ordusu Sərdarkənd istiqamətində hərkət edərək, əkin sahələrimizin yerləşdiyi əraziyə qədər irəliləyiblər. Hazırda kəndlə Azərbaycan mövqeləri arasında məsafə 300 metrə qədərdir. Bundan başqa, 3 hektar əkis sahəsi də onların nəzarətindədir”.

Akopyan deyib ki, həmin əkin sahələrinin heç də hamısı Fərrux kəndi ilə həmsərhədd deyil. “Bu il 80 hektara yaxın sahədə əkdiyimiz məhsulu götürə biləcəyik. Amma Xaçın çayı boyunca vadidəki 100 hektar torpaq sahəmiz artıq Azərbaycan Ordusunun nəzarəti altındadır. Müharibədən sonra əski sahələrimizlə Azərbaycan Ordusunun mövqeləri arasında elə də böyük fərq yox idi. Lakin həmin il orada əkdiyimiz məhsulu yığa bilmədik. İndi isə həmin ərazi artıq bizim deyil. Martın 24-dən etibarən Azərbaycan Odusunun nəzarəti altındadır”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button