AraşdırmaManşet

Azərbaycan Ordusu Ağdərə və Cermux istiqamətlərində mövqelərini irəli çəkib

Azərbaycan Ordusu dünən və bu gün Kəlbəcər rayonu ilə sərhəddə yerləşən Ermənistanın Cermux rayonu istiqamətində sərhədlərimizi bərpa etmək məqsədi ilə hərbi mövqelərini 300 metrə yaxın irəli çəkib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanparlamentində “Ədalət” fraksiyasının rəhbəri David Qalstyan məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu həmçinin Kəlbəcər rayonuda Ağdərə istiqamətində də mövqelərini bir neçə yüz metr irəli çəkib. Qalstyan deyib ki, Paşinyan və Arayik Arutyunyan məlumatı təkzib etsələr də, fakt faktlığında qalır. “Rəsmi qurumlar məlumatı təsdiq etmirlər. Lakin bizdə olan məlumat odur ki, Azərbaycan ordusu bütün tərəflərdən mövqelərini irəli çəkir. Məndə olan məlumata görə, Azərbaycan tərəfi sərhədlərin müəyyən edilməsi məqsədi ilə Cermux və Kəlbəcər istiqamətində mövqelərini yaxşılaşdırıb”.

Qeyd edək ki, Azərbaycan Ordusunun mövqelərini çəkdiyi məntəqələrdən biri də Ağdərənin Aterk kəndidir. Həmin kəndin nümayəndəsi bildirib ki, dünən səhər saatlarında Azərbaycan Ordusu Kəlbəcər istiqamətindən bir xeyli irəliləyib və hazırda Aterkin 200 metrliyində mövqe tutublar. “Onlarla danışıqlar apardıq. Lakin qəbul etmədilər. Kəndin 200 metrliyində dayanıblar. Bununla bağlı rus sülhməramlılarına xəbər vermişik. Onlar da danışıq aparacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button