ManşetÖlkə içi

Azərbaycan nümayəndələri ilə görüşdə Balasanyan da iştirak edib

Xəbər verildiyi kimi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri ötən gün Xocalıda olublar. Ağdərə istiqamətində qızıl və mis yataqlarını talan edən ermənilərin fəaliyyətini təftiş etmək üçün rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə gedən mütəxəsisslər dünən general Volkovla görüşüblər.

JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə Qarabağdakı erməni separatçılarının nümayəndəsi Vitali Balasanyan da iştirak edib. Separatçıların yaydığı xəbərə görə, Balasanyan görüşə Qarabağ ermənilərinin maraqlarını qorumaq məqsədi ilə qatılıb.

Həmin məlumatlara görə, sözügedən şəxs görüşdə ekoloji problemlər və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button