GündəmManşet

Azərbaycan Naxçıvan istiqamətindən Ermənistanla sərhəddə qoşun yerləşdirdi – FOTO- VİDEO  

Rusiya və erməni mənbələri Azərbaycan Naxçıvan istiqamətində Ermənistanla sərhəddə xeyli sayda hərbi texnika və canlı qüvvədən ibarət Ordu yerləşdiridiyini iddia edib. JAMAZ.İNFO xəbər verir ki, onların iddiasına görə, mayın 18-dən etibarən başlayan proses qısa müddətdə böyük qüvvənin sərhəddə yerləşməsi ilə yekunlaşıb.

Həmin məlumata görə, Azərbaycan Ordusu sərhədd istiqamətində xeyli sayda hərbi maşın, BMP-2, tank və səhra artilleriyaları gətirib.

Ermənilər baş verənlərdən sonra ciddi qorxuya düşməyə başlayıblar. Elə bu səbəbdən də öz seqmentlərində Azərbaycanın həm Naxçıvan, həm də Sünik istiqamətindən eyni vaxtda hücuma keçəcəyi barədə müzakirələr aparırlar. Hətta həm Zəngəzur, həm də Naxçıvan istiqamətində sərhədlərin bərpası məqsədi ilə həyata keçirilən tədbirlərin yeni müharibəyə səbəb olacağının qorxusunu yaşadıqlarını dilə gətiriblər.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bizim heç bir ölkənin ərazisində gözü yoxdur. Digər tərəfdən, yayılan görüntülərdən məlum olan odur ki, Azərbaycan Ordusu öncədən planlaşdırılmış hərbi təlimlər keçir. Bu proses Naxçıvan ərazisində artıq başa çatıb. Həmin təlimlərdə böyük sayda hərbi qüvvədən istifadə edildiyi rəsmi Bakı tərəfindən bəyan edilib.

Digər tərəfdən, Ermənistan hələ 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal edib. Hazırda həmin kəndin geri qaytarılması rəsmi Bakı tərəfindən israrla tələb olunur. Əgər Ermənistan tərəfi haqlı tələbimizi yerinə yetirməzsə, Azərbaycan qanunu şəkildə həmin kəndin boşaldılması üçün lokal hərbi əməliyyatlara başlaya bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button