AraşdırmaManşet

Azərbaycan Ermənistanın hansı təkliflərini rədd edib?

Azərbaycan və Ermənistan arasında iki ildir davam edən sülh danışıqları nəinki nəticəsiz qalıb, hətta riskli bir dönmə daxil olub. JAMAZ.İNFO xəbər verir ki, İrəvanın vaxt qazanmaq, habelə prosesi uzatmaq üçün oynadığı oyunlar isə artıq pik həddədir.

Qeyd edək ki, indiyə qədər Moskva, Soçi, Brüssel, Vaşinqton və Praqa görüşlərində bir sıra prinsipial razılaşamalar əldə edilsə də, Ermənistan tərəfi bunları ya icra etməyib, ya da icrasından imtina edib. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlama da təsdiq edir ki, İrəvanla Bakı arasında sülh danışıqlarının perspektivi yoxdur. Əksinə, bütün proseslər yeni münaqişənin əsasını qoymağa gedir.

JAMAZ.İNFO xəbər verir ki, bu gün Nikol Paşinyan Azərbaycana göndərdiyi təkliflərlə yanaşı, həm də rəsmi Bakının konkret olaraq hansı təklifləri rədd etməsindən də danışıb. O deyib ki, 2021-ci ilin dekabrında Brüsseldə keçirilənm görüşdə Ermənistan sərhəddə qoşunların güzgülü çıxarılması təklifini versə də, Azərbaycan bundan imtina edib. “Azərbaycan Prezidenti bu müqaviləni təsdiq edən sənədi imzalamaqdan imtina etdi. Çox sadə bir vəziyyət kimi görünürdü, sadəcə olaraq açıq elan olunanları kağıza köçürmək və sadəcə imza atmaq lazım idi, lakin Azərbaycan bu hərəkətdən imtina etdi”.

Paşinyan daha sonra bildirib ki, Ermənistan Azərbaycanın Qərbi ilə Naxçıvanı birləşdirən yollarla bağlı üç marşrut təklif edib. “Azərbaycan həmin təklifləri də rədd edib. Onlar dəhliz statuslu yol istəyirlər ki, bu da mümkün deyil. Biz buna razılaşa bilmərik”.

Ermənistanın baş naziri həmçini qeyd edib ki, onlar Naxçıvanı birləşdirəcək avtomobil və dəmir yolunun tikiti işlərini maliyyələşdirmək fikrində olmayıblar. “Biz həmin tikinti işlərinin Azərbaycan tərəfindən həyata keçirilməsinə razılıq verdiyimizə dair yazılı təminat təqdim etdik. Lakin rəsmi Bakı bunu qəbul etmədi”.

Paşinyan bildirib ki, istər 10 noyabr 2020, istərsə də 2021-ci ildə Brüssel danışıqlarında Qarabağın statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması variantından Azərbaycan tərəfi birmənalı olaraq imtina edib. “Azərbaycan bəyan edir ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib, belə bir münaqişə mövcud deyil. Ona görə də, bu məsələnin müzakirə edilməsini heç cür yaxın buraxmır”.

Həmçinin baş nazir iddia edib ki, Qarabağda Ermənistan ordusu yoxdur. “Qeyd edim ki, Ermənistan Respublikasının Dağlıq Qarabağda ordusu yoxdur. Bu ilin 6 oktyabrında təklif etdim ki, Azərbaycan özü bu məsələyə aydınlıq gətirmək üçün Dağlıq Qarabağa müşahidə missiyası göndərə bilər. Bundan başqa, son Soçi görüşündə də təklif etdim ki, Qarabağ ətrafında ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaradılsın. Nətcədə, “müdafiə ordusu”nun sayı ən minimuma endirilsin. Bu təkliflər də Bakı tərəfindən rədd edildir”.

Bildirək ki, Ermənistanın bu təkliflərinin heç biri Azərbaycanın maraqlarına cavab vermir və gələcək üçün qurulmuş tələdən başqa bir şey deyil. Əvvəla Qarabağın ətrafında niyə silahsızlaşdırılmış zona olmalıdır? Bu olduqca məntiqsizdir. Lakin ermənilərin başlıca hədəfi odur ki, nəyin bahasına olursa olsun Azərbaycan Qarabağda bir qədər dəuzaq dayansın. Həmin “bufer zona” həm də o deməkdir ki, Şuşa da daxil olmaqla, bir çox rayonlarımızın ərazilərinin bir qismi hansısa beynəlxalq missiyanın ixtiyarına verilsin. Bu eyni zamanda, Qarabağın beynəlxalq təşkilatların nəzarəti altına keçməsi və bir daha Azərbaycanın tərkibinə qayıtmaması üçün zəmin hazırlamaqdır.

Digər təkliflər də həmçinin bunun bənzəridir. Ermənilər öz ağıllarıyca Azərbaycan üçün yeni “minalı sahələr” yaratmaq, “tələlər qurmaq” fikrindədirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button